Qol.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Kökçünün komandası səfərdə xalsız qaldı
Niderland Erediviziyasında 30-cu tura start verilib.
QOL.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Ozancan Kökçünün çıxış etdiyi "Volendam" səfərdə "Tvente"nin qonağı olub. Matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.
"Tvente" - "Volendam" - 2:1
Qollar: Nijstad, 2 (1:0), Hlynsson, 34 (2:0), Bukala, 74 (2:1)
Ozancan Kökçü matçı əvvəldən sona kimi ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, bu nəticədən sonra “Volendam” 28 xalla 14-cü pillədə qərarlaşıb. “Tvente” isə 53 xalla turnir cədvəlində dördüncüdür.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.