EN

Nyu-Yorkda gərginlik: İrana görə müsəlmanlara hücumlar artır, mer həyəcan siqnalı verdi

Nyu-Yorkda müsəlmanlara qarşı zorakılıq halları ilə bağlı narahatlıq artır.

Musavat.com xəbər verir ki, şəhər meri Zöhran Mamdani İrana qarşı müharibə fonunda cəmiyyətdə nifrət dilinin gücləndiyini və bunun artıq real hücumlara səbəb olduğunu bildirib.

Onun sözlərinə görə, bu tendensiyanın ən təhlükəli tərəfi zorakılığın normallaşmasıdır. Mamdani qeyd edib ki, xaricdə baş verən müharibələrdə istifadə olunan ritorika zamanla daxili ictimai münasibətlərə də sirayət edir və müəyyən qruplara qarşı aqressiyanı artırır.

Mer konkret bir hadisəni misal çəkərək bildirib ki, gənc müsəlman qadın metro platformasında hücuma məruz qalıb. Hücum edən şəxs isə “Bu gün görəsən neçə iranlı öldürdük?” ifadəsini işlədib. Bu fakt, onun fikrincə, cəmiyyətdə yaranan təhlükəli psixoloji mühitin açıq göstəricisidir.

Zöhran Mamdani vurğulayıb ki, dehumanizasiya – yəni insanların dəyərdən salınması prosesi – yalnız müharibə meydanında qalmır, cəmiyyətin daxilinə də yayılır və bu, daha geniş sosial gərginlik yaradır.

Musavat.com

Chosen
30
musavat.com

1Sources