EN

Tramp yenidən müharibə qərarı verdi ABŞ donanması hazır vəziyyətə gətirildi

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ prezidenti Donald Tramp İranla aparılan danışıqların uğursuz olacağı ehtimalını gözə alaraq ölkəsinin hərbi hazırlığını gücləndirməyə qərar verib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, “The New York Post” nəşrinə açıqlamasında deyib.

Tramp qeyd edib ki, ABŞ hərbi gəmilərini ən müasir silah və sursatlarla təchiz edir:

“Biz yenilənmə prosesi aparırıq. Gəmilərimizi indiyədək hazırlanan ən yaxşı silahlarla doldururuq. Bu silahlar əvvəl istifadə etdiklərimizdən daha güclüdür”.

ABŞ lideri İranla danışıqların uğurlu olub-olmayacağına qısa zamanda aydınlıq gələcəyini vurğulayıb:

“Bunu təxminən 24 saat ərzində biləcəyik. Çox tez öyrənəcəyik”.

O əlavə edib ki, razılıq əldə olunmasa, ABŞ hərbi gücdən istifadə edə bilər:

“Gəmilərimizdən çox effektiv şəkildə istifadə edəcəyik”, – Tramp qeyd edib.

ABŞ lideri həmçinin İranın rəsmi bəyanatları ilə danışıqlardakı mövqeyi arasında ziddiyyət olduğunu iddia edib. Onun sözlərinə görə, Tehran danışıqlarda nüvə proqramından imtina etdiyini desə də, mediaya fərqli açıqlamalar verir.

Bundan əvvəl İran ABŞ qarşısında bir sıra şərtlər irəli sürüb. Rəsmi Tehran bildirib ki, danışıqlardan əvvəl Livanda atəşkəsin təmin olunması və İranın dondurulmuş aktivlərinin açılması vacibdir. İran tərəfi bu şərtlərin yerinə yetirilməsinin sülh dialoqu üçün əsas olduğunu vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
20
globalinfo.az

1Sources