EN

Azər Bağırov - "Komandanı tanıya bilmirəm"

“Kəpəz”in baş məşqçisi Azər Bağırov Premyer Liqanın 27-cı turu çərçivəsində “Karvan-Yevlax”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, o, 1:4 hesablı məğlubiyyəti belə şərh edib:

"Çempionat sona yaxınlaşır. İtkilərimiz çox idi. Dəyişikliklər etmək istədik, amma mərkəz və cinah müdafiəçisi mövqeyini düzəldə bilmədik. "Qarabağ"la oyundan sonra komandanı tanıya bilmirəm. "Qəbələ" ilə görüşdə bəsit qollar buraxdıq. İndi də "Karvan-Yevlax"la. Futbolçularımızla danışacağıq. İstənilən halda irəli baxacağıq".

Chosen
10
10
fanat.az

10Sources