EN

Bakıda davamlı sıxlıq olan daha bir ərazidə sarı tor tətbiq edildi FOTO

Avtosfer saytına istinadən ain.az xəbər verir.

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında, Rəşid İsmayılov və Şirvan küçələrinin kəsişməsində təhlükəsizliyi artırmaq və nizamlılığı təmin etmək məqsədilə 1.25 - "sarı tor" nişanlanma xətləri təşkil edilib.

Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, "Yol hərəkəti haqqında" Qanunun 75-ci maddəsinin 2-ci hissəsinin tələbinə əsasən, əgər yolayrıcında, o cümlədən yolun hərəkət hissələrinin kəsişmə yerində, yaxud yolayrıcından və ya kəsişmə yerindən bilavasitə sonra tıxac yaranıbsa və bu, sürücünü dayanmağa məcbur edərək digər istiqamətlərdən nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, belə yolayrıcına və ya "sarı tor"la işarələnmiş kəsişmə yerinə daxil olmaq qadağandır. "Sarı tor" yolun hərəkət hissələrinin kəsişmə yerini göstərir.

Beləliklə, qeyd edilən xətlər yol kəsişməsində nəqliyyatın tıxanmasının qarşısını alır və oranı hər zaman nəqliyyat üçün təmiz saxlayır.

Qeyd edək ki, son dövrlər Bakıda bir çox ərazilərdə bu cür nişanlanma xətləri tətbiq edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
20
11
avtosfer.az

10Sources