EN

“Neftçi”də oynamış yaponiyalı ulduz Sinqapura getdi

Yaponiya millisinin sabiq ulduzu Keysuke Hondanın yeni klubu bəlli olub.

Sportinfo.az xəbər verir ki, 39 yaşlı yarımmüdafiəçi karyerasını Sinqapurda davam etdirəcək.

“Juronq” təcrübəli futbolçunun transferini açıqlayıb. Onun yayda yeni komandasına qoşulacağı bildirilib.

Hondanın yolu Azərbaycandan da keçib. O, 2021-ci ilin martından iyuluna kimi “Neftçi” oynayıb.

"Milan", "Botofaqo", "Vitess", SSKA (Moska) klublarında da çıxış etmiş Honda son olaraq "Paro"da (Butan) oynayıb. Honda "Neftçi"də meydana çıxdığı 7 oyunda 2 qol vurub.

Chosen
21
sportinfo.az

1Sources