EN

Ermənistan Zəngəzur dəhlizinə üçüncü ölkəni cəlb edir

ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bəyan edib ki, TRIPP ("Trampın marşrutu") layihəsinin tikinti mərhələsində İrəvana tərəfdaş qismində üçüncü ölkənin köməyi lazım olacaq.

“Cebheinfo.az”-ın məlumatına görə, o bunu Estoniya XİN başçısı Marqus Sahkna ilə birgə mətbuat konfransında deyib.

“Ümid edirik ki, mümkün qədər tez növbəti mərhələyə - tikintiyə keçəcəyik. 

Məhz burada bizə üçüncü tərəfdaşlar lazım olacaq. Əlbəttə, müqavilə ikitərəfli olacaq - Ermənistan-ABŞ, lakin tərəfdaşlar bizə həm tikinti mərhələsində, həm də, çox güman ki, sistemlərin idarə olunması mərhələsində lazım olacaq.

TRIPP, Çindən Portuqaliyaya qədər bir çox ölkənin maraqlarının təzahür etdiyi ikitərəfli bir layihədir. Onun bir ucu Azərbaycanla, digər ucu isə Naxçıvanla sərhəd olmalıdır. 

Lakin məntiqi davamı Ermənistanın Türkiyəyə və Orta Asiya ölkələri ilə dəmir yolu şəbəkəsindən ibarətdir", - Mirzoyan vurğulayıb.

Nazirin sözlərinə görə, Yaxın Şərq ölkələri layihəyə maraq göstərirlər.

Müşfiq Abdulla 

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
35
2
cebheinfo.az

3Sources