EN

On altı yaşına çatmayan qızı qaçırıb, Sahil qəsəbəsindən Ağstafaya apardı

Tovuz rayonunda 2003-cü il təvəllüdlü Fəhmin sevgi münasibətində olduğu yetkinlik yaşına çatmayan Azadə (adlar şərti verilib – red.) ilə intim münasibətdə ittiham olunub.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə 2025-ci ilin müxtəlif vaxtlarında rayonun kəndlərindən birində baş verib.

Tovuz sakini Fəhmin qeyri-rəsmi ər-arvad münasibətində birgə yaşadıqları müddətdə on altı yaşına çatmayan 2009-cu il təvəllüdlü Azadə ilə cinsi əlaqəyə girib.

Fəhminin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

Fəhmin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, Tovuz rayonunun kəndində ailə üzvləri ilə birlikdə yaşayır: “Rəsmi olaraq heç bir yerdə işləmirəm, fərdi əməklə məşğulam. Azadə ilə 2025-ci il yanvar ayının dəqiq xatırlamadığım günündə “Tik-Tok” sosial şəbəkəsində tanış oldum. Sonra bir-birimizə nömrələrimizi verdik və mobil telefon vasitəsi ilə danışmağa davam etdik. Vaxt keçdikcə aramızda sevgi münasibəti yarandı”.

Chosen
28
2
publika.az

3Sources