EN

"Səbail" tərcüməçisinə görə cərimə olundu

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

"Football-plus.az" xəbər verir ki, iclasda 1-ci liqanın 21-ci turunda qeydə alınan qayda pozuntuları ilə bağlı qərarlar qəbul verilib.

“Şəfa” – “Səbail” oyununda qonaqların 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 210 manat cərimə edilib. Qərarda bildirilir ki, matçın 90+1-ci dəqiqəsində “dənizçilər"in tərcüməçisi Fariz İsmayılov qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyunluq cəzalandırılıb, klubu 2400 manat cərimə edilib.

“Difai” – “Şahdağ Qusar” oyununun 77-ci dəqiqəsində qonaqların futbolçusu Kvaku Adjey ikinci "sarı"dan qırmızı vərəqə aldığı üçün 1 oyunluq çızalandırılıb, klubu 150 manat cərimə edilib.

Chosen
19
3
football-plus.az

5Sources