EN

Tsaxna: Bakı və İrəvan tarixi addım atdı

Sherg.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Azərbaycan və Ermənistan sülh prosesində tarixi irəliləyişə nail olub”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanda səfərdə olan Estoniya xarici işlər naziri Marqus Tsaxna deyib.

Nazir sülh prosesini mühüm irəliləyiş kimi qiymətləndirib: “Bu, Ermənistan və Azərbaycan üçün irəliyə doğru böyük və tarixi addımdır”.

Estoniya xarici işlər nazirinin sözlərinə görə, davam edən proses realdır və regionun gələcəyi üçün əsas ola bilər: “Sülh prosesi realdır və davam edir, bu, erməni xalqı üçün gələcək inşa edir”.

Tsaxna həmçinin sülhün gələcək inkişaf üçün vacib şərt olduğunu vurğulayaraq, prosesin uzunmüddətli və ədalətli sülhün bərqərar olmasına gətirib çıxaracağına ümid etdiyini vurğulayıb.

Xarici işlər naziri Ermənistan və Azərbaycan arasında həll olunmamış humanitar məsələlərin olduğunu da qeyd edib:

“Bütün məsələləri bir gündə həll etmək mümkün deyil, bu, vaxt tələb edir, bunlar çox mürəkkəb məsələlərdir”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
6
1
sherg.az

2Sources