EN

Gəlin, bu ailəni qoruyub saxlayaq Məqsəd İstanbuldan Kəpəz ə müraciət etdi

Footbal-plus saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Kəpəz”in İstanbulda əməliyyat olunan futbolçusu Məqsəd İsayev komanda üzvlərinə videomüraciət ünvanlayıb. Görüntüləri “sarı-göylər”in baş məşqçisi Azər Bağırov öz “vatsap” hesabının hekayə bölümündə paylaşıb və “Tezliklə sağal, Məqsəd” sözlərini əlavə edib.“Football-plus.az” oyunçunun dediklərini diqqətinizə çatdırır:

“Qardaşlar, hamınızı salamlayıram. Bu videonu çəkməyi özümə borc bildim. Yanınızda olmasam da, ürəyim sizinlədi. Bu gün vacib, həlledici oyuna çıxırıq. Sizə inanıram, güvənirəm. Biz bir ailəyik. Gəlin, bu ailəni qoruyub-saxlayaq. İndiyə qədər bir-birimizə dəstək olmaqla, mübarizə aparmaqla, xarakter göstərməklə, birlikdə olmaqla xallar qazanmışıq. Bunun davamını gətirməliyik. Hamınıza uğurlar arzu edirəm. İnşallah, ailənizi, sevdiklərinizi, ən əsası “Kəpəz” azarkeşlərini qələbəylə sevindirərsiz. İnşallah, hər şey yaxşı olar”.

Xatırladaq ki, “Kəpəz” bu gün premyer-liqanın 27-ci turunda “Karvan-Yevlax”ın qonağı olacaq. Oyun saat 15.30-da başlayacaq.KƏNAN BAHADIR

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
9
1
icma.az

2Sources