Belarus Yaponiya ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır və bunu davam etdirməyə hazırdır.
“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.
"Belarus həmişə Yaponiya ilə konstruktiv, qarşılıqlı faydalı münasibətlərin inkişafında maraqlı olub və olmaqda davam edir. Və burada hər şey yalnız Yaponiyadan asılıdır", - deyə o, etimadnaməsinin təqdim edilməsi mərasimində yapon diplomatına müraciət edərək bildirib.
Lukaşenko qeyd edib ki, humanitar layihələr əvvəllər ölkələr arasında etimadın möhkəmlənməsinə töhfə verib.