EN

ABŞ-İran atəşkəsində Livan niyə kənarda qaldı?

ABŞ Prezidenti Donald Trampın ABŞ ilə İran arasındakı müvəqqəti atəşkəsin Livanı da əhatə etməsini əvvəlcə qəbul etdiyi, lakin İsrail Baş naziri Binyamin Netanyahu ilə etdiyi telefon danışığından sonra fikrini dəyişdirdiyi irəli sürülüb.

"Cebheinfo.az" xəbər verir ki, Amerikanın "CBS News" kanalına danışan və adı açıqlanmayan iki mənbə Trampın Livanla bağlı mövqeyinin necə dəyişdiyini bildirib.

Xəbərə görə, ABŞ Prezidenti Tramp əvvəlcə Livanın da müvəqqəti atəşkəs sazişinə daxil edilməsinə razılıq verib.

Danışıqlarda vasitəçilik edən şəxslər də Livanın sazişin bir hissəsi olduğunu düşünüblər və Pakistan Baş naziri Şahbaz Şərif ilə İran xarici işlər naziri Abbas Əraqçi kimi şəxslər ictimaiyyətə bu yöndə açıqlamalar veriblər.

Müvəqqəti atəşkəsin elan edildiyi gün bir Ağ Ev rəsmisi CBS News-a "İsrailin də Pakistanın vasitəçiliyi ilə əldə olunan sazişin şərtlərini qəbul etdiyini", - deyib.

Lakin həmin gün Tramp ilə Netanyahu arasında baş tutan telefon danışığından sonra ABŞ Prezidentinin Livan mövzusunda fikri dəyişib və son açıqlamalarında "Livanın "Hizbullah"a görə sazişə daxil edilmədiyini" ifadə edib.

ABŞ Prezidenti Tramp Amerika mediasına verdiyi açıqlamada Livanın sazişə daxil edilmədiyini qeyd edib: ""Hizbullah" səbəbindən sazişə daxil edilmədilər. O məsələ də həll olunacaq. Problem yoxdur".

Chosen
6
1
cebheinfo.az

2Sources