EN

Yanğın təhlükəli mağazanın fəaliyyəti dayandırıldı

Ajans.az  xəbər verir ki, bu barədə FHN-dən bildirilib. Məlumata görə, mövcud vəziyyətdə obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğının qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcəyi qənaətinə gəlinib. Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş “Tinderyol Baku” geyim mağazasının fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.

Chosen
3
3
Ajans.az

9Sources