EN

Diplomatik gərginlik artır

Yaponiya Tayvan gərginliyindən sonra Çinlə bağlı diplomatik təsnifatını aşağı səviyyəyə endirib.

"Cebheinfo.az" xəbər verir ki, keçən ilin xarici siyasət hesabatında “ən mühüm ikitərəfli münasibətlərdən biri” kimi təsvir edilən Çin, bu il “mühüm qonşu ölkə” səviyyəsinə endirilib.

"Kyodo" agentliyinin xəbərinə görə, Yaponiyanın xarici işlər naziri Motegi Toşimitsu kabinet iclasında ölkənin xarici siyasəti və fəaliyyəti haqqında hər il yayımlanan diplomatik hesabatı təqdim edib.

Keçən ilin hesabatında “ən mühüm ikitərəfli münasibətlərdən biri” kimi xarakterizə olunan Çin, bu ilin hesabatında daha aşağı səviyyəli “mühüm qonşu ölkə” ifadəsi ilə qiymətləndirilib.

Tokionun 2025-ci il xarici siyasətini dəyərləndirən yeni hesabatda qeyd olunur ki, Çin Yaponiyaya qarşı “birtərəfli tənqidlərini və təzyiq xarakterli addımlarını artırıb”.

Digər tərəfdən, hesabatda Tokionun Pekin rəhbərliyi ilə dialoq və qarşılıqlı əlaqəyə açıq olduğu da vurğulanıb.

Təsnifatdakı bu dəyişiklik, Yaponiyanın Baş naziri Takaiçi Sanaenin Tayvana hərbi müdaxilə ehtimalı ilə bağlı açıqlamaları səbəbindən iki ölkə arasında yaranan diplomatik gərginliyin davamı kimi şərh olunur.

Chosen
7
1
cebheinfo.az

2Sources