EN

“Netanyahu Obama və Baydendən İrana zərbə endirmələrini xahiş edib” - Keçmiş dövlət katibi

ABŞ-ın keçmiş dövlət katibi Con Kerri Barak Obama və Co Baydenin prezidentlikləri dövründə İsrailin İrana qarşı hərbi kampaniya başlatmaq təkliflərindən danışıb.

Herbiand.az bildirir ki, keçmiş dövlət katibi bu barədə MS NOW televiziya kanalında aparıcı, Dövlət Departamentinin və Ağ Evin keçmiş mətbuat katibi Jen Psaki ilə söhbəti zamanı danışıb.

Con Kerri xüsusilə, Benyamin Netanyahu ilə söhbətlərinin təcrübəsini bölüşərək təsdiqləyib ki, İsrail baş naziri ABŞ-ın İrana zərbə endirilməsində iştirak etməsini istəyib: "Bəli, o, istəyirdi ki, biz İrana zərbə endirək. O, Prezident Obamanın yanına gəldi. O, təqdimat etdi və zərbə endirilməsini istədi. Prezident Obama imtina etdi. Prezident Bayden imtina etdi. Prezident Buş imtina etdi. Buna razı olan yeganə prezident göründüyü kimi, prezident Trampdır”.

Lakin o, qeyd edib ki, İranla müharibəyə qarşı çıxan hər kəsin ABŞ-ın hərbi gücünə və təsirli nəticələr əldə etmək qabiliyyətinə şübhəsi yox idi: “Amma fakt budur ki, qaçılmaz təhlükə yox idi”.

Keçmiş dövlət katibi eyni zamanda, Trampın Netanyahunun İrana qarşı əməliyyata başlatmaq təkliflərinə niyə razı olduğunu bilmir.

Bəxtiyar CƏFƏRLİ

Chosen
22
herbiand.az

1Sources