EN

Tramp Vaşinqtonu dəstəkləməyən NATO ölkələrini cəzalandırmaqla hədələyib

Tramp

ABŞ Prezidenti Donald Tramp NATO-nun baş katibi Mark Rütte ilə görüşü zamanı qəzəbli olub və Alyansın bir neçə ölkəsini cəzalandırmaqla hədələyib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə mənbələrə istinadən "Financial Times" nəşri yazır.

Mənbə iddia edir ki, Tramp bir sıra ölkələrin ABŞ-ın İrana qarşı hərbi əməliyyatı çərçivəsində amerikalı əsgərlərə öz hərbi bazalarına daxil olmaq icazəsi verməməsi qərarından narazı qalıb.

"Qapalı danışıqların gedişatına bələd olan şəxslərin sözlərinə görə, o, (İrandakı əməliyyatı) kifayət qədər dəstəkləmədiyini hesab etdiyi Avropa dövlətlərini cəzalandırmaqla hədələyib", — məlumatda deyilir.

Məryəm Quliyeva

Chosen
23
xalqcebhesi.az

1Sources