Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Bakı, 10 aprel, AZƏRTAC
Milli Məclis Azərbaycan ilə Belarus arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi ilə bağlı sazişi ratifikasiya edib.
AZƏRTAC xəbər verir ki, parlamentin aprelin 10-da keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq təsdiq edilib.
Müxbir - Tərgül Babayeva
Fotoqraf - Aydın Məmmədov
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.