EN

Fatmayı bələdiyyəsinin sədri Nəsir Nəsirli ilə bağlı cinayət işi açılıb

Fatmayı bələdiyyəsinin sədri Nəsir Nəsirli ilə bağlı cinayət işi açılıb

Abşeron rayonu, Fatmayı bələdiyyəsinin sədri Nəsir Nəsirlinin qanunsuz əməlləri ilə bağlı cinayət işi açılıb.

AFN.az-a Baş Prokurorluqdan verilən məlumata görə, torpaqları qanunla nəzərdə tutulan dəyərindən aşağı satmaqda təqsirləndirilən sədr barəsində cinayət işi məhkəməyə göndərilib.

Belə ki, Fatmayı bələdiyyəsinin sədri Nəsir Nəsirlinin qanunsuz əməlləri barədə Ədliyyə Nazirliyindən daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb.

İbtidai istintaqla Nəsir Nəsirlinin qeyd edilən vəzifədə işləyərkən 2020-2024-cü illər ərzində bələdiyyə mülkiyyətində olan ümumilikdə 13 ha torpaq sahəsinin qüvvədə olan qanunvericilik aktlarının tələblərinə zidd olaraq satılmasına əsaslı şübhələr müəyyən edilib. Məlum olub ki, sədr torpaqları orta bazar qiymətindən az olmamaq şərti ilə satmalı olduğu halda, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək rəsmi sənədlərə yalan məlumatlar daxil etməklə onları dəyərindən aşağı satıb və bələdiyyəyə mühüm zərər vurub.

Toplanmış sübutlar əsasında Nəsir Nəsirliyə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib. Onun barəsində polisin nəzarəti altına vermə və vəzifədən kənarlaşdırma qətimkan tədbirləri seçilib.

Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilib.

Chosen
6
45
afn.az

10Sources