EN

Qazaxıstanda parlament seçkilıri keçiriləcək



Qazaxıstanda parlament seçkiləri avqust ayında keçiriləcək.

Newscenter.az Akorda-ya istinadən bildirir ki, bunu Prezident Qasım-Jomart Tokayev deyib.

Qasım-Jomart Tokayev qeyd edib ki, dövlət başçısı kimi ölkəmiz üçün əlamətdar hadisələr barədə əvvəlcədən məlumat verməyi çox vacib hesab edir:

"Konstitusiya qüvvəyə mindiyi andan etibarən birpalatalı seçkilərinin keçirilməsi haqqında Fərman imzalayacağam. Seçkilər bu ilin avqust ayında keçiriləcək".

Prezident deyib ki, partiyaların planlarını dəqiqləşdirmək və seçki kampaniyasına hazırlaşmaq üçün kifayət qədər vaxtı olmalıdır:

"Beləliklə, partiyalara seçicilərlə düzgün işləmək üçün təxminən beş ay vaxt veriləcək”.

Onun sözlərinə görə, seçkilər Qazaxıstanın bütün siyasi sisteminin hərtərəfli yenidən qurulması üçün yol açacaq.

Süleyman
Chosen
19
newscenter.az

1Sources