EN

Yeni BMT Çərçivə Sənədinin büdcəsi 85,3 milyon dollardır - Nazir müavini

Bakı. Trend:

Yeni Çərçivə Sənədi üzrə ümumi maliyyə yükü 85.3 milyondollardır. Bu vəsaitdən layihələrin maliyyələşdirilməsi üçün 51milyon dollar vəsait mövcud olmaqla, 34 milyon dollar vəsait isəqarşıdakı 5 illik dövr ərzində cəlb olunmalıdır.

Trend xəbər verirki, bunu iqtisadiyyat nazirinin müavini Anar Axundov bu gün Bakıdakeçirilən BMT-nin Davamlı İnkişaf üzrə Əməkdaşlıq ÇərçivəsininYüksək Səviyyəli Birgə Rəhbər Komitəsinin iclasında deyib.

O bildirib ki, qarşıdakı dövr üçün əsas məqsədimiz əldə edilmişnailiyyətləri möhkəmləndirməklə yanaşı, iqlim dəyişiklikləri,rəqəmsal transformasiya, inklüziv artım və iqtisadi dayanıqlılıqkimi yeni qlobal çağırışlara çevik və effektiv cavab verəntərəfdaşlıq modelini daha da inkişaf etdirməkdir: "2026–2030-cuilləri əhatə edən Çərçivə Sənədi bu baxımdan iki əsas prioritetistiqaməti müəyyən edir:

✓ inklüziv sosial-iqtisadi inkişaf və insan kapitalınıngücləndirilməsi;
✓ ekosistemlərin qorunması, iqlimə davamlılıq və yaşıl artımıntəşviqi.

Bu prioritetlər bütün vətəndaşlar üçün keyfiyyətli xidmətlərəçıxışın genişləndirilməsinə, layiqli məşğulluğun təmin edilməsinə,innovasiya və sahibkarlığın inkişafına, resurslardan səmərəliistifadəyə və ətraf mühitin qorunmasına xidmət edir.

2026–2030-cu illəri əhatə edən Çərçivə Sənədi stratejiprioritetlər üzrə bir sıra konkret statistik hədəflər müəyyən edir.Birinci strateji prioritet – inklüziv sosial-iqtisadi artım vəinsan kapitalının gücləndirilməsi istiqamətində kənd təsərrüfatınayönəlmiş dövlət xərclərinin indeksinin yüksəldilməsi,qeyri-infeksion xəstəliklərdən vaxtından əvvəl ölüm səviyyəsininendirilməsi, qadınların idarəetmə vəzifələrində iştirakının vəsosial müdafiə əhatəsinin artırılması, eləcə də əmək haqqınınÜDM-də payının yüksəldilməsi kimi hədəflər müəyyən edilmişdir.

İkinci strateji prioritet – ekosistemlərin qorunması, iqlimədavamlılıq və yaşıl artımın təşviqi istiqamətində isə inteqrəolunmuş su ehtiyatlarının idarə olunması, bərpa olunan enerjininümumi enerji istehlakındakı payının, tullantıların təkrar emalsəviyyəsinin, eləcə də meşə örtüyünün payının artırılması nəzərdətutulur. Bu göstəricilər Azərbaycanın dayanıqlı inkişaf, yaşıliqtisadiyyat və inklüziv sosial-iqtisadi inkişaf istiqamətində əldəolunması planlaşdırılan konkret nəticələrini əks etdirir".

Məqalədə:
Chosen
10
az.trend.az

1Sources