Çin tərəfindən irəli sürülən və Azərbaycan tərəfindən dəstəklənən qlobal təşəbbüslərin əhəmiyyətini vurğuladım. Azərbaycanın Avrasiyanın əsas nəqliyyat qovşaqlarından birinə çevrildiyini, "Bir Kəmər, Bir Yol" layihəsinin inkişafına fəal şəkildə töhfə verməyə davam etdiyini diqqətə çatdırdım. Qeyd etdim ki, Azərbaycan Çindən sonra bu təşəbbüsə ən böyük sərmayə qoyan ikinci ölkədir.
Onu da dedim ki, Azərbaycanla Ermənistan arasında sülh prosesi çərçivəsində ölkəmizin qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat və kommunikasiya əlaqələrinin bərpası Orta Dəhlizin səmərəliliyini daha da artıracaqdır".
Spiker bildirib ki, 30 illik işğala son qoyan Azərbaycanın suverenlik, ərazi bütövlüyü və daxili işlərə qarışmama prinsiplərini daim dəstəklədiyini bildirdim: "Azərbaycan dövlətinin irəli sürdüyü qlobal təşəbbüslər, Bakıda keçirilmiş və keçirilməsi nəzərdə tutulan beynəlxalq tədbirlər haqqında Forum iştirakçılarına məlumat verdim.
Səfər çərçivəsində Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri cənab Cao Lıci ilə görüşüm oldu. Görüşdə ölkələrimiz arasında dostluq əlaqələrinin inkişafından məmnunluq ifadə edildi.
Parlamentlərarası əməkdaşlığın genişləndirilməsi yolları haqqında fikir mübadiləsi aparıldı, o cümlədən qanunvericilik orqanlarının komitələri arasında institusional əlaqələrin inkişaf etdirilməsi imkanları və digər məsələlər nəzərdən keçirildi. Hesab edirəm ki, Çin Xalq Respublikasına işgüzar səfər uğurlu oldu".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31