EN

Azərbaycan və Belarus arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması mümkün olacaq

BAKI, 10 aprel. TELEQRAF

Azərbaycan və Belarus arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi mümkün olacaq.

Teleqraf xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.

Belə ki, “Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi komitə iclasında müzakirəyə çıxarılıb.

Deputatların müzakirəsindən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Chosen
3
3
teleqraf.com

4Sources