BAKI, 10 aprel. TELEQRAF
2026-cı ilin sonunadək BMT-nin Davamlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsi üzrə icrası nəzərdə tutulan planın ümumi dəyəri3,67 milyon dollar, mövcud vəsait isə təxminən 1,07 milyon dollardır.
Teleqraf xəbər verir ki, bu barədə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Azərbaycan üzrə rəhbəri Anna Soave BMT-nin Davamlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsinin Yüksək Səviyyəli Birgə Rəhbər Komitəsinin iclasında deyib.
O bildirib ki, maliyyənin böyük hissəsi artıq təmin olunsa da, əlavə olaraq 1,9 milyon dollardan çox vəsaitin səfərbər edilməsi tələb olunur:
“Bəzi layihələr üzrə hökumət təsdiqi gözlənilir və bu təsdiqlər əlavə maliyyə cəlbinə imkan verə bilər. Çərçivə üzrə birinci nəticə qrupu inklüziv sosial-iqtisadi artım və insan inkişafını əhatə edir və bir sıra BMT agentlikləri ilə hökumət qurumlarının sıx əməkdaşlığına əsaslanır”.