EN

Nazir imtahan sistemində islahatlara çağırış etdi

Bakı. Trend:

Mövcud yanaşmalarda əsas problemlərdən biri suallarınmahiyyətindədir.

Trend xəbərverir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Dövlət İmtahanMərkəzinin yaradılmasının 10 illik yubileyi münasibətilə keçirilən“Qiymətləndirmə Sistemləri: Etimad, Şəffaflıq və İnnovasiya”mövzusunda beynəlxalq elmi-praktik konfransda bildirib.

Onun sözlərinə görə, imtahan sistemində tədricən dəyişiklikləraparılmalıdır:

“Müşahidələrim göstərir ki, Azərbaycanda bəzi fənnmütəxəssisləri istər dil, istərsə də tarix sahəsində suallarhazırlayarkən daha çox qarşı tərəfi çaşdırmağa çalışırlar, nəinkionun bilik və bacarıqlarını ölçməyə. Halbuki sualın əsas məqsədiinsanın nəyisə bacarıb-bacarmadığını üzə çıxarmaq olmalıdır. Buyanaşma dəyişməlidir. Bu, ayrı-ayrı qurumların deyil, ümumilikdəAzərbaycan pedaqogikasında mövcud olan problemdir və daha çox fənnmütəxəssislərinə yönəlmiş çağırışdır".

Chosen
8
15
az.trend.az

10Sources