EN

Qanunsuz saxlanılan silah-sursat aşkarlandı

Aprelin 9-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 qumbara, 4 tüfəng, 14 patron darağı və 104 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Bu barədə Bakıvaxtı.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

"Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir",- deyə məlumatda qeyd olunub.

Chosen
29
49
bakivaxti.az

10Sources