EN

Qazaxda 74 yaşlı kişi faciəvi şəkildə öldü

Qazaxda 74 yaşlı kişini avtomobil vuraraq öldürüb.
BUTA.TV xəbər verir ki, 2000-ci il təvəllüdlü Anar Rəhman oğlu Kazımov idarə etdiyi BMV markalı avtomobillə Qazax şəhəri, Səməd Vurğun küçəsində hərəkətdə olan zaman yolu keçən piyada, 1952-ci il təvəllüdlü Faiq Məcid oğlu İsmayılovu vurub. Nəticədə kişi xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı Qazax RPŞ-də araşdırma aparılır.

Chosen
15
6
buta.tv

10Sources