EN

İran nümayəndə heyəti ABŞ ilə danışıqlar aparmaq üçün Pakistandadır

İran
İran İslam Respublikası Məclisinin sədri Məhəmməd Bağır Qalibaf və xarici işlər naziri Abbas Əraqçinin rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-la danışıqlar aparmaq məqsədilə İslamabada səfər edib.

1news.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, Pakistan tərəfi danışıqların aprelin 11-də keçirilməsinə hazırlaşır. ABŞ nümayəndə heyətinə isə vitse-prezident Cey Di Vensin rəhbərlik edəcəyi gözlənilir.

Chosen
21
11
1news.az

10Sources