EN

Misli Premyer Liqasında 27 ci tur başlayır

Qol.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Misli Premyer Liqasında 27-ci tur başlayır

Bu gün Misli Premyer Liqasında 27-ci tura start veriləcək.

QOL.az xəbər verir ki, ilk oyun günündə 1 görüş keçiriləcək.

Çempionatın aşkar autsayderi olan "Karvan-Yevlax" öz meydanında "Kəpəz"i qəbul edəcək. Görüş saat 15:30-da başlayacaq. "Karvan-Yevlax" bu mövsüm yeganə qələbəsini 2-ci turda "Kəpəz"lə görüşdə qazanıb - 3:2. Komandaların ikinci dövrədəki matçında isə "Kəpəz" 2:1 hesablı qələbə qazanıb. 

10 aprel (cümə)

Misli Premyer Liqası, 27-ci tur

15:30. “Karvan-Yevlax” – “Kəpəz”

Yevlax şəhər stadionu

 11 aprel (şənbə)

15:30.“Şamaxı” – “Qarabağ”

Şamaxı şəhər stadionu

18:00.“Sabah” – “Zirə” 

“Bank Respublika Arena”

20:00.“Neftçi” – “Araz-Naxçıvan” 

“Palms Sports Arena”

12 aprel (bazar)

15:30.“Qəbələ” – “İmişli” 

Qəbələ şəhər stadionu

18:00/“Turan Tovuz” – “Sumqayıt” 

Tovuz şəhər stadionu

Bombardirlər:

Coy Lens Mikels (“Sabah”) - 17 qol

Bassalu Sambu ("Neftçi") - 10 qol

Velko Şimiç (“Sabah”) - 10 qol

Emin Mahmudov ("Neftçi") - 9 qol

Karim Rossi ("Şamaxı") - 9 qol

Ba-Muaka Simakala (“Araz-Naxçıvan”) - 8 qol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
8
4
qol.az

9Sources