EN

"Gizli" startap: Beyin nəqli üçün "beyinsiz insan klonları" inkişaf etdirirlər

ABŞ-də fəaliyyət göstərən və gizli şəkildə işlərini davam etdirən "R3 Bio" biotexnologiya şirkətinin, insan şüurunu başqa bir bədənə köçürməyi mümkün edə biləcək "beyinsiz insan klonları" hazırlamaq ideyasını investorlara təqdim etdiyi iddia olunur.

Milli.Az xəbər verir ki, "MIT Technology Review" tərəfindən yayımlanan araşdırmaya görə, şirkətin rəsmi bəyanatları ilə pərdəarxası hədəfləri arasında böyük fərq var:

Əvvəlcə orqan və toxuma mənbəyi kimi istifadə edilə biləcək "beyinsiz meymun bədənləri" istehsal etmək. Bu, heyvan təcrübələrinə alternativ olaraq nəzərdə tutulmuşdu.

Qocalmış və ya ağır xəstəliklərdən əziyyət çəkən insanların beyinlərini laboratoriya şəraitində yaradılmış, beyni olmayan klon insan bədənlərinə köçürmək.

"Elmi fantastika deyil, etik böhran"

Mütəxəssislər bu layihənin həm etik, həm də elmi cəhətdən qeyri-mümkün olduğunu vurğulayırlar. Baxmayaraq ki, 1996-cı ildə "Dolli" adlı qoyun klonlanıb, insan klonlanması sahəsində hələ də ciddi texniki məhdudiyyətlər var.

Jose Cibelli (Michigan Dövlət Universiteti): "Layihənin qarşısında saysız-hesabsız maneələr var. Süni uşaqlıq texnologiyasının hələ reallıqdan uzaq olması və belə bir hamiləliyi daşıyacaq fərdin tapılmasının çətinliyi bu projenin tətbiqini qeyri-mümkün edir."

Alimlər vurğulayırlar ki, "beyin nəqli" təkcə etik deyil, həm də neyroloji baxımdan problemlidir. İnsan şüuru, yaddaşı və kimliyi yalnız beyinlə məhdudlaşmır; o, sinir sistemi və bədənlə bütöv bir qarşılıqlı əlaqədədir. Odur ki, bir beynin tamamilə başqa bir bədəndə öz funksiyasını eyni şəkildə davam etdirməsi bu gün üçün nəzəri səviyyədə belə böyük suallar doğurur.

"R3 Bio" rəsmi açıqlamasında insan klonlama planlarının olmadığını bildirib. Lakin şirkətin həmtəsisçisi Alice Gilman ekibin "gələcəyə dair fərziyyəvi müzakirələr aparmaq haqqını saxladığını" qeyd edib. Bu isə o deməkdir ki, bu cür ideyalar ən azı nəzəri səviyyədə müzakirə olunur.

Lalə Qüdrətova
Milli.Az

Chosen
59
50
milli.az

10Sources