EN

​NATO Hörmüzdə mümkün missiyaya töhfə verə bilər

NATO Hörmüz boğazında mümkün missiyaya töhfə verə bilər. Metbuat.az xəbər verir ki, NATO-nun baş katibi Mark Rutte belə açıqlama verib. O bildirib ki, Böyük Britaniyanın Baş naziri Keyr Starmerin rəhbərliyi ilə dənizlərdə naviqasiya azadlığı prinsipini qorumaq üçün çoxmillətli koalisiya yaradılmasına dair işlər görülür. Onun sözlərinə görə, ABŞ ilə mümkün missiyanın əhatə dairəsi və vaxtı ilə bağlı müzakirələr davam edir.

Rutte koalisiyanın praktiki töhfələrə diqqət yetirəcəyini, ölkələrin öz imkanlarına uyğun dəstək təklif edəcəyini vurğulayıb.

Chosen
49
metbuat.az

1Sources