Aprelin 10-da Bakının üç rayonunun bəzi ərazilərində qaz təchizatın dayandırılacaq.Bu barədə BUTA.TV-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, paytaxtın Sabunçu, Suraxanı və Xəzər rayonlarındakı qaz xətləri üzərində təmir işləri aparılacaq. Bununla əlaqədar saat 10:00-dan etibarən Zığ, Pirşağı, Şağan və Buzovna qəsəbələrinin, Quşçuluq yaşayış massivinin, Ramanı Südçülük Sovxozunun, E.Məhərrəmov küçəsinin, Sosial evlərin və Maştağa qəsəbəsi, Daş Karxanasının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.