AZƏRTAC bu gün saat 20:00-dək olan əsas xəbərləri təqdim edir:
Bakı, 9 aprel, AZƏRTAC
Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib.
Aleksandr Sırski: Ukrayna Müdafiə Qüvvələri strateji təşəbbüsü qoruyub saxlayır.
“Air France” hava yolları Yaxın Şərqə olan uçuşları mayın 3-dək təxirə salıb.
Sabah paytaxtda hava əsasən yağmursuz olacaq.
Azərbaycanın və Litvanın Baş nazirləri Bakıda görüşüblər.
Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 12 faizədək artıb.
İranla danışıqlarda ABŞ komandasına Vitse-prezident Cey. Di. Vens rəhbərlik edəcək.
İndoneziyada zəlzələ: 100-dən çox ev dağılıb, xəsarət alanlar var.
Roma Papası Afrika ölkələrinə səfər edəcək.
İranda müharibə qurbanlarının sayı 3 mini ötüb.
Bakıda sürüşmə təhlükəsi: hansı ərazilər risk altındadır?
Dağıstanda mindən çox ev su altındadır.
Ukraynaya daha min hərbçinin meyiti qaytarılıb.
Xocavənddə müasir telekommunikasiya şəbəkəsi qurulur.
WUF13-ə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkəti monitorinq ediləcək.
Litvanın Baş naziri: Azərbaycanla əlaqələrin inkişafına böyük önəm veririk.
Azərbaycan, Türkiyə və Şimali Kipr parlamentlərinin dostluq qrupları Bakıda bir araya gəliblər.