EN

Azərbaycan və Yaponiya bank sektorunda əməkdaşlığı müzakirə edib

Bakı. Trend:

Azərbaycan və Yaponiya arasında bankçılıq sektoru üzrəəməkdaşlıq müzakirə edilib.

Trend bu barədəAzərbaycan Banklar Assosiasiyasına (ABA) istinadən xəbər verir.

Belə ki, 8–9 aprel tarixlərində Azərbaycan BanklarAssosiasiyasının (ABA) nümayəndə heyəti beynəlxalq təcrübəmübadiləsi proqramları çərçivəsində Yaponiya Respublikasına işgüzarsəfər həyata keçirib.

Səfər çərçivəsində ilk olaraq Azərbaycan Banklar Assosiasiyasınümayəndə heyətinin Yaponiya Banklar Assosiasiyası (JapaneseBankers Association – JBA) ilə görüşü keçirilib.

8 aprel 2026-cı il tarixində baş tutan görüşdə ABA nümayəndəheyəti JBA rəhbərliyi və əlaqədar qurumların ekspertləri ilə biraraya gəlib.

Görüşdə ABA-nı prezident Zakir Nuriyev, icraçı direktor YunusAbdulov, Azərbaycan Mərkəzi Bankının, ölkənin aparıcı banklarınınvə Azərbaycan Kredit Bürosunun nümayəndələri təmsil ediblər.

Yapon tərəfini isə JBA-nın sədr müavini və baş icraçı direktoruYasuyuki Matsumoto və onun heyəti — Masayuki Saegusa, Yoji Oki,Ayako Suwa və Reo Takizawa təmsil ediblər.

Görüş çərçivəsində Yasuyuki Matsumoto Yaponiya bank sistemi,ölkənin makroiqtisadi vəziyyəti, ödəniş infrastrukturu və rəqəmsalbankçılığın inkişaf istiqamətləri barədə məlumat verib.

ABA nümayəndə heyəti isə Azərbaycan bank sektorundarəqəmsallaşma prosesləri, ödəniş sistemlərinin genişləndirilməsi,maliyyə və bank sahəsində aparılan islahatlar və mövcud tənzimləməçərçivəsi barədə qarşı tərəfi məlumatlandırıb.

Səfər çərçivəsində nümayəndə heyəti həmçinin The Japanese Banks’Payment Clearing Network, Cooperation Agency for Anti-MoneyLaundering, Mizuho Bank, Money Forward, Inc., eləcə də YaponiyaMərkəzi Bankı ilə bir sıra yüksək səviyyəli işgüzar görüşlərdəiştirak edib.

Görüşlər zamanı tərəflər bankçılıq sektorunda qabaqcılbeynəlxalq təcrübələr, rəqəmsal aktivlər, süni intellekttexnologiyalarının maliyyə sektorunda tətbiqi, eləcə də maliyyəəməliyyatlarının şəffaflığının artırılması istiqamətində genişfikir mübadiləsi aparıblar.

Səfər çərçivəsində əldə olunan nəticələr Azərbaycan və Yaponiyabankçılıq sektorları arasında əməkdaşlığın daha dagenişləndirilməsi, innovativ yanaşmaların tətbiqi və institusionalinkişafın dəstəklənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Məqalədə:
Chosen
27
9
az.trend.az

10Sources