EN

Tovuz bazarında yoxlama - Ciddi nöqsanlar aşkarlandı (FOTOLAR)

Tovuz bazarında yoxlama - Ciddi nöqsanlar aşkarlandı (FOTOLAR)

Tovuz şəhərində M. Musayev küçəsində fəaliyyət göstərən "Nəsimi" firmasına məxsus ərzaq bazarında planlı yoxlama keçirilib.

AFN.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulması faktları aşkarlanıb. Bazarda ət-süd məhsullarının satışı sahəsində döşəmə və divar səthlərinin hamar olmadığı, müntəzəm dezinfeksiya işlərinin aparılmadığı müəyyənləşib. Eyni zamanda, məhsulların saxlanma temperaturuna riayət edilmədiyi və etiket məlumatları olmayan qidaların satışa çıxarıldığı müşahidə olunub.

Bundan əlavə, qida məhsullarının satışı zamanı çarpaz çirklənmə hallarına yol verildiyi, işçi masaların səthinin asan təmizlənən materialla üzlənmədiyi və tullantıların düzgün idarə olunmadığı kimi digər nöqsanlar da müəyyən edilib.

Aşkarlanan nöqsanlarla bağlı bazarın səlahiyyətli nümayəndəsi barəsində qanunvericiliyə uyğun olaraq inzibati protokol tərtib edilib və icrası məcburi olan göstərişlər verilib.

Chosen
4
14
afn.az

10Sources