EN

Naxçıvan Ali Məclisində muxtar respublika ombudsmanı haqqında qanunun ləğv edilməsi məsələsinə baxılacaq

Naxçıvan, 9 aprel, AZƏRTAC

Aprelin 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti komitəsinin iclası keçirilib.

Ali Məclisin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, komitə sədri Əjdər Əliyev iclasın gündəliyində birinci oxunuşda olan “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” və “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun ləğv edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının qanun layihələrinin müzakirəsi olduğunu bildirib.

İclasda qanun layihələri haqqında Ali Məclis Aparatının Qanunvericilik və hüquq məsələləri şöbəsinin müdir müavini Tofiq Rəcəbli məlumat verib.

Gündəlikdə duran məsələlərlə bağlı müzakirələr aparıldıqdan sonra qanun layihələri Ali Məclisin plenar iclasında müzakirəsinə tövsiyə olunub.

Müxbir- Nail Əsgərov

Chosen
15
2
azertag.az

3Sources