“Real”ın hücumçusu Qonsalo Qarsiya karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, futbolçunun xidmətində “Nyukasl” klubu maraqlıdır. “Sağsağanlar” hücum xəttini gücləndirməyi planlaşdırır və yay transfer dövründə oyunçu üçün “Real”a təklif göndərə bilər.
Qarsiyanın Madrid klubu ilə müqaviləsinin müddəti 2030-cu ilə qədərdir.