EN

“Uzak Şehir” serialının çəkilişləri dayandırıldı

Türkiyənin “Kanal D” televiziyasında yayımlanan “Uzak Şehir” serialının çəkilişləri dayandırılıb.

“Yeni Sabah”ın xəbərinə görə, buna serialda rol alan aktrisa Sinem Ünsalla bağlı baş verən hadisələr səbəb olub.

Türkiyənin hüquq-mühafizə orqanları aprelin 9-da İstanbulda narkotiklrin qaunsuz dövriyyəsinə qarşı növbəri əməliyyat keçirib. Nəticədə 14 tanınmış şəxsin saxlanılmasına qərar verilib.   

Onlar narkotik və ya psixotrop maddələri satın almaq, qəbul etmək, saxlamaq, istifadə etmək və təmin etməkdə günahlandırılırlar.

Həmin 14 nəfərdən biri də Sinem Ünsaldır.

Qərardan sonra serialın çəkiliş meydançasındakı işlər müvəqqəti dayandırılıb. Çəkilişlərin nə vaxt bərpa olunacağı ilə bağlı isə hələlik rəsmi açıqlama verilməyib.

Baş verən prosesdən sonra serialın bu həftə efirə gedib-getməyəcəyi də maraq doğurur. Ehtiyat üçün əvvəlcədən çəkilmiş bölümlər kifayət edərsə, yeni seriyanın yayımlana biləcəyi, əks halda isə serialın bu həftə efirə verilməyəcəyi iddia olunur.

Aydan Hacı


Telegram kanalımız
Chosen
43
2
yenisabah.az

3Sources