EN

Çingiz Hüseynzadə: Millimiz o vaxt güclü olacaq ki, futbolçularımız Avropada çıxış edəcəklər VİDEO

Bakı, 9 aprel, AZƏRTAC

Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqibləri olan Litva və Lixtenşteyn məğlub ediləcək komandalardır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə deyib.

O, Azərbaycan yığmasının C Liqasına yüksəlmək şansının olduğunu qeyd edib: "Amma indi milli komandalardan böyük nəticələr gözləmirəm. Açıq deyim, bizim yığmamız o vaxt güclü olacaq ki, futbolçularımız Avropanın böyük komandalarında çıxış edəcəklər”.

Qeyd edək ki, Azərbaycan yığması D Liqasının 2-ci qrupunda Litva və Lixtenşteyn yığmaları ilə qarşılaşacaq. Millətlər Liqasında yeni mövsümə bu ilin sentyabr ayında start veriləcək.

Müxbir - Cavid Əliyev

Chosen
21
3
azertag.az

4Sources