EN

Hamiləlikdə nə qədər çəki alınmalıdır?

Hamiləlik dövründə çəki artımı ana və körpənin sağlam inkişafı üçün vacibdir.

“Cebheinfo.az” xəbər verir ki, TƏBİB məlumat verir. Bildirilib ki, ümumiyyətlə normal çəki ilə hamiləliyə başlayan qadınlarda ümumi çəki artımı təxminən 10–15 kq arası ola bilər. Bu artımın böyük hissəsi hamiləliyin ikinci və üçüncü trimestrlərində baş verir.

Çəkinin həddindən artıq artması hamiləlik diabeti və yüksək təzyiq kimi riskləri artıra bilər, az artması isə körpənin inkişafına təsir göstərə bilər.

Bu səbəbdən hamiləlik dövründə: balanslı və müxtəlif qidalanmaya diqqət etmək; kifayət qədər su qəbul etmək; həkim məsləhətinə uyğun fiziki aktiv olmaq; çəki artımını mütəmadi olaraq izləmək və həkimlə məsləhətləşmək vacib hesab olunur.

Chosen
28
1
cebheinfo.az

2Sources