EN

Paşinyan: “Ermənistan hakimiyyəti Rusiyanın iradəsinə zidd heç nə etmir”

Ermənistan hakimiyyəti Rusiyanın arxasınca və onun iradəsinə zidd heç nə etmir.

Bizim.Media xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan aprelin 9-da hökumətin iclasından sonra keçirdiyi brifinqdə bildirib.

O, hazırda Ermənistanda səfərdə olan Qazaxıstanın xarici işlər naziri ilə görüş zamanı ölkənin dəmir yolu şəbəkəsinin yeni konsessiya idarəçiliyinə verilməsi məsələsinin müzakirə olunub-olunmayacağı barədə sualı cavablandırarkən bu fikirləri səsləndirib.

“Qazaxıstan ötən ilin avqustundan etibarən “Tramp marşrutu”na maraq göstərdiyini gizlətmir. Lakin maraq göstərən tək ölkə Qazaxıstan deyil. Belə ölkələr çoxdur. Biz, o cümlədən Qazaxıstan bu istiqamətdə təkliflə çıxış etməliyik. Həmin ölkələr Ermənistan ərazisindən keçən tranzit marşrutlarından öz ixrac, idxal və nəqliyyat xidmətləri zəncirində istifadə etməyə hazır olmalıdırlar”, - deyə Paşinyan qeyd edib.

Bizim.Media

Chosen
14
2
bizim.media

3Sources