Bizim media saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Ermənistan hakimiyyəti Rusiyanın arxasınca və onun iradəsinə zidd heç nə etmir.Bizim.Media xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan aprelin 9-da hökumətin iclasından sonra keçirdiyi brifinqdə bildirib.O, hazırda Ermənistanda səfərdə olan Qazaxıstanın xarici işlər naziri ilə görüş zamanı ölkənin dəmir yolu şəbəkəsinin yeni konsessiya idarəçiliyinə verilməsi məsələsinin müzakirə olunub-olunmayacağı barədə sualı cavablandırarkən bu fikirləri səsləndirib.“Qazaxıstan ötən ilin avqustundan etibarən “Tramp marşrutu”na maraq göstərdiyini gizlətmir. Lakin maraq göstərən tək ölkə Qazaxıstan deyil. Belə ölkələr çoxdur. Biz, o cümlədən Qazaxıstan bu istiqamətdə təkliflə çıxış etməliyik. Həmin ölkələr Ermənistan ərazisindən keçən tranzit marşrutlarından öz ixrac, idxal və nəqliyyat xidmətləri zəncirində istifadə etməyə hazır olmalıdırlar”, - deyə Paşinyan qeyd edib.Bizim.Media
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.