EN

Ukraynada Kamerundan olan “hərbi podratçılar” həlak olub - BBC

Ukraynaya qarşı müharibədə Rusiya tərəfində döyüşən 16 Kamerun vətəndaşı həlak olub.

Herbiand.az BBC-yə istinadən bildirir ki, bu fakt Kamerun Xarici İşlər Nazirliyindəki mənbənin sosial mediada sızdırılan ölümlərlə bağlı diplomatik notanın həqiqiliyini təsdiqlədikdən sonra üzə çıxıb.

Kamerun hökumətu bu məsələ ilə bağlı uzun müddətdir ki, susqunluq nümayiş etdirdiyinə görə tənqid olunub. Bu, ölkə vətəndaşlarının münaqişədə iştirakının ilk etirafıdır.

Dünya üzrə muzdlu döyüş fəaliyyətlərini araşdıran All Eyes on Wagner təşkilatının son hesabatında 2023-2025-ci illər arasında müharibədə 94 kamerunlunun həlak olduğu təxmin edilir.

Kamerun Xarici İşlər Nazirliyindən Rusiya səfirliyinə sızdırılan notada ölənlərdən 16-sı “hərbi podratçılar” kimi təsvir olunur.

Lakin, Kamerun hələlik ölümləri rəsmi olaraq təsdiqləməyib.

Bəxtiyar CƏFƏRLİ

Chosen
11
herbiand.az

1Sources