EN

İran XİN: "ABŞ müharibə və sülh arasında seçim etməlidir"

"Amerika Birləşmiş Ştatları Yaxın Şərqdə müharibə və sülh arasında seçim etməlidir".

"Cebheinfo.az" Oxu. Az-a istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin müavini Səid Xətibzadə BBC-yə müsahibəsində İsrailin Livana endirdiyi zərbələr barədə danışarkən bildirib.

"Eyni vaxtda həm sülhə, həm də müharibəyə sahib ola bilməzsiniz. Bunlar bir-birini təkzib edir və bu, tamamilə aydındır", - deyə diplomat bildirib.

Xətibzadə əlavə edib ki, müvafiq mesaj ötən gecə Vaşinqtona göndərilib:

"Siz atəşkəs tələb edib, onun şərtlərini və şamil olunduğu əraziləri qəbul edərək orada Livanın adını çəkə, daha sonra isə qırğına başlaya bilməzsiniz".

Xatırladaq ki, aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib.

ABŞ prezidenti "Truth Social" şəbəkəsində yazıb ki, o, Pakistan rəhbərliyinin xahişi ilə, həmçinin Tehranın Hörmüz boğazını tamamilə açması şərti ilə atəşkəsə razı olub.

Tramp əlavə edib ki, ABŞ İrandan on tələb alıb və respublikaçının sözlərinə görə, bu tələblər sülh sazişinin əsasını təşkil edə bilər.

"Cebheinfo.az"

Chosen
27
cebheinfo.az

1Sources