EN

Dioqo Balau 2 oyunluq diskvalifikasiya edildi

Unikal.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

AFFA İntizam Komitəsi "Şamaxı"nın futbolçusu Dioqo Balaunu 2 oyunluq diskvalifikasiya edib.

"Unikal" xəbər verir ki, buna yarımmüdafiəçinin Misli Premyer Liqasının XXVI turunda keçirilən "Zirə" – "Şamaxı" oyununda ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alması səbəb olub.

Həmçinin buna görə bölgə təmsilçisi 1000 manat cərimə edilib.

Turun "Araz-Naxçıvan" – "Sabah" oyununda ev sahiblərinin 4 futbolçusu sarı vərəqə aldığı üçün komanda 700 manat cərimələnib.

Oyundan sonra naxçıvanlıların baş məşqçisi Andrey Demçenko hakimin qərarına etiraz etdiyi üçün qırmızı vərəqə alıb. Mütəxəssis 1 oyunluq cəza alıb, klub isə əlavə olaraq 2500 manat ziyana düşüb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
4
4
unikal.az

6Sources