EN

Yağışlı yolda sürət həddini aşıb divara çırpıldı - FOTO-VİDEO

Şəki şəhər ərazisində "VAZ-2107" markalı avtomobil yoldan çıxaraq divara çırpılıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Şəkinin Aşağı Göynük kənd sakini Röyal Orucov yağışlı və sürüşkən havada idarə etdiyi avtomobilin sürət həddinə riayət etmədiyindən qəza törədib.

Bu zaman o, "VAZ-2107" markalı avtomobilin idarəetməsini itirərək divara çırpılıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır










Tural Rasimoğlu, Bizim.Media. Şimal-Qərb bürosu

Chosen
17
1
bizim.media

2Sources