EN

Ukrayna səfiri Eldar Əzizovla görüşüb

Yazını böyüt
Yazını kiçilt

Ukraynanın ölkəmizdəki səfiri Yuriy Husyev bu gün Bakı şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla görüşüb.

Hafta.az yazır ki, bu barədə səfir öz sosial media hesabında paylaşım edib.

Diplomat qeyd edib ki, görüş zamanı əməkdaşlığın inkişafı və humanitar qarşılıqlı əlaqələrin gücləndirilməsi, həmçinin regionlararası tərəfdaşlığın dərinləşdirilməsi perspektivləri də daxil olmaqla geniş mövzular müzakirə olunub.

“Birgə təşəbbüslərin həyata keçirilməsi və müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi istiqamətində praktiki addımlara xüsusi diqqət yetirilib”, - səfir qeyd edib.

Diplomat Azərbaycanın rəhbərliyinə və xalqına Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə təmənnasız dəstəyə və göstərdiyi mühüm humanitar yardıma görə səmimi minnətdarlıq ifadə edib. 

Chosen
24
hafta.az

1Sources