EN

BDYPİ-dən motosiklet sürücülərinə çağırış (VİDEO)

Bakı.Trend:

Ötən gün xəsarətlə nəticələnən 5 yol-nəqliyyat hadisəsindən 3-ümotosiklet sürücülərinin iştirakı ilə baş verib.

Bu barədə Trend-ə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ)məlumat verilib.

Bildirilib ki, Yasamal, Xətai və Abşeron rayonları ərazisindəqeydə alınan bu hadisələrin hər biri toqquşma ilə nəticələnib. Cariilin ilk 3 ayı ərzində isə respublika üzrə motosiklet və mopedsürücülərinin təqsiri səbəbindən baş verən 5 yol-nəqliyyathadisəsində 3 nəfər həyatını itirib, 2 nəfər xəsarət alıb.

Baş Dövlət Yol Polisi İdarəsi motosiklet və moped sürücülərinəmüraciət edərək yol hərəkəti qaydalarına ciddi riayət etməyəçağırır.

"Motosiklet və moped sürücülərinin iştirakı ilə baş verənyol-nəqliyyat hadisələri bu kateqoriyadan olan nəqliyyatvasitələrinin idarə olunması zamanı yol hərəkəti qaydalarına ciddiriayət edilməsinin vacibliyini bir daha göstərir. Bu nəqliyyatvasitələrinin konstruktiv xüsusiyyətləri də risk səviyyəsiniartıran əsas amillərdəndir. Belə ki, zərbə zamanı sürücünü əhatəedən qoruyucu karkas və passiv təhlükəsizlik elementlərinin(təhlükəsizlik kəməri, hava yastığı və s.) mövcud olmamasısəbəbindən toqquşmaların təsiri birbaşa sürücünün üzərinə düşür vəbu da xəsarətlərin daha ağır olmasına gətirib çıxarır.

Baş Dövlət Yol Polisi İdarəsi motosiklet və moped sürücülərinindiqqətinə çatdırır ki, özlərinin və digər hərəkət iştirakçılarınıntəhlükəsizliyi üçün yol hərəkəti qaydalarına ciddi riayət olunmalı,yol və hava şəraitinə uyğun sürət düzgün seçilməli, manevr zamanıtəhlükəsizlik qaydalarına əməl edilməli, həmçinin qoruyucuvasitələrdən istifadə təmin olunmalıdır. Bu tələblərin pozulmasıağır yol-nəqliyyat hadisələrinə, bəzən isə insan həyatınınitirilməsi ilə nəticələnən faciələrə səbəb olur.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücüləri məsuliyyətlidavranmağa və təhlükəsizlik qaydalarına əməl etməyə çağırır",-məlumatda bildirilir.

Məqalədə:
Chosen
26
16
az.trend.az

10Sources