AZ

Bu il motosiklet və moped qəzalarında 3 nəfər ölüb

Ajans.az xəbər verir ki, təkcə ötən gün xəsarətlə nəticələnən 5 yol-nəqliyyat hadisəsindən 3-ü motosiklet sürücülərinin iştirakı ilə baş verib. Yasamal, Xətai və Abşeron rayonları ərazisində qeydə alınan bu hadisələrin hər biri toqquşma ilə nəticələnib. Cari ilin ilk 3 ayı ərzində isə respublika üzrə motosiklet və moped sürücülərinin təqsiri səbəbindən baş verən 5 yol-nəqliyyat hadisəsində 3 nəfər həyatını itirib, 2 nəfər xəsarət alıb. Baş Dövlət Yol Polisi İdarəsi motosiklet və moped sürücülərinin diqqətinə çatdırır ki, özlərinin və digər hərəkət iştirakçılarının təhlükəsizliyi üçün yol hərəkəti qaydalarına ciddi riayət olunmalı, yol və hava şəraitinə uyğun sürət düzgün seçilməli, manevr zamanı təhlükəsizlik qaydalarına əməl edilməli, həmçinin qoruyucu vasitələrdən istifadə təmin olunmalıdır. Bu tələblərin pozulması ağır yol-nəqliyyat hadisələrinə, bəzən isə insan həyatının itirilməsi ilə nəticələnən faciələrə səbəb olur. Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücüləri məsuliyyətli davranmağa və təhlükəsizlik qaydalarına əməl etməyə çağırır.

Seçilən
14
16
Ajans.az

10Mənbələr