EN

Avrasiyanın yeni enerji və logistika qovşağı olan Bakı-Tbilisi birliyi – Şərh

Bakı. Trend:

Prezident İlham Əliyevin Gürcüstana səfəri zamanı səsləndirdiyiiqtisadi göstəricilər və yeni investisiya planları Azərbaycanınbölgədəki iqtisadi liderliyinin və Gürcüstanla qurulan sıxtərəfdaşlığın praktiki nəticələrini ortaya qoyur.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin Hüquq siyasəti vədövlət quruculuğu komitəsinin üzvü, deputat Kamal Cəfərovdeyib.

Millət vəkilinin fikrincə, bu rəqəmlər Azərbaycanın Gürcüstanıniqtisadi inkişafına və regional inteqrasiyaya verdiyi böyükdəstəyin təzahürüdür:

“Gürcüstanın müsbət sərmayə şəraiti sayəsində Azərbaycanın buölkə iqtisadiyyatına 3,7 milyard dollar investisiya yatırmasıtərəfdaşlığın dərinliyindən xəbər verir. Xüsusilə energetika vənəqliyyat sektorlarında qurulan infrastruktur, o cümlədən 20 ildirfəaliyyət göstərən Bakı-Tbilisi-Ceyhan kəməri və Cənub Qaz Dəhlizibu gün geniş bir coğrafiyanın enerji təhlükəsizliyinin əsasınıtəşkil edir”.

Deputat vurğulayıb ki, Azərbaycan qazının 16 ölkəyə ixracolunması və bu zəncirin məhz Gürcüstandan başlaması hər iki dövlətiAvrasiyanın mühüm enerji mərkəzinə çevirir:

“Eyni zamanda, Orta Dəhlizin genişləndirilməsi üzrə atılanaddımlar Azərbaycan və Gürcüstanı qlobal logistik marşrutlarınmərkəzi nəqliyyat damarına çevirməkdədir. Bu əməkdaşlıq formatıgöstərir ki, Bakı və Tbilisi arasındakı münasibətlər qarşılıqlıinam və ortaq mənfəət üzərində qurularaq bütün qonşu dövlətlər üçünreal və uğurlu bir nümunədir”.

Chosen
40
az.trend.az

1Sources